Düşərgə Haqqında
İspaniyanın paytaxt düşərgəsi tələbələri qlobal gələcəyə hazırlaşmağa təşviq edir. Robot texnikası, yaradıcılıq fəaliyyətləri, debatlar və sahibkarlıq kimi dərslərlə yanaşı idman və açıq havada əylənmək kimi yeni bacarıqları inkişaf etdirmək imkanı yaradır. Madridin multikultural enerjisi, İspaniyanın mərkəzində yerləşməsi onu unikal edir. Əgər prestijli Fransisko de Vitoriya Universitetinin müasir imkanlarını əlavə etsəniz, daha yaxşı bunu anlayacaqsınız. Bizim düşərgəçilər tennis, avarlı tennis və basketbol meydançalarında əla vaxt keçirirlər. Onlar hətta çimərlik voleybolu oynaya bilərlər. Madrid şəhər mərkəzindən cəmi 15 dəqiqəlik məsafədə yerləşən beynəlxalq düşərgəmizin abu-havası düşərgəçilərin şəxsi inkişaf təcrübəsini, dil biliklərini və digər mədəniyyətləri daha yaxşı qavramağa köməklik göstərir. Amerika tipli düşərgəmiz, bağlarla əhatə olunub idman meydançaları, üzgüçülük hovuzları, tennis və avar tennis kortları, futbol meydançaları, idman zalları, televizor otaqları, kompüter otaqları, at sürmə məkanları, rahat yaşayış üçün lazım olan bütün şəraitlə təmin olunub. Düşərgəmizdə qalmaq üçün nəzərdə tutulmuş “Residence”-də kondisionerli tək və ya iki nəfərlik otaqlar da var. Hər bir otaq vanna otağı ilə təmin olunub. Residence bizim yay dil düşərgəsi fəlsəfəmizin mahiyyətini təcəssüm etdirir: tam multikultural mühitdə gündə 24 saat birlikdə yaşayaraq, öyrənərək, oynayaraq və dilləri təcrübədən keçirərək düşərgəçilər ömür boyu davam edəcək şəxsiyyətlərarası və linqvistik bacarıqları öyrənəcəklər. İspan və ingilis dilli tələbələr yalnız səhər dərsləri zamanı ayrı olurlar. Onlar səhər idmanından tutmuş sənət seminarlarına, istirahət fəaliyyətlərinə, ekskursiyalara, yeməklərə və s. kimi fəaliyyətlərdə birlikdə olacaqlar. Bu, dünyanın hər yerindən ömürlük dostlar qazanmaq üçün mükəmməl şəraitdir! Düşərgəmiz 24/7 nəzarət altındadır. Həmçinin düşərgəmizə idman və istirahət fəaliyyətləri, 4 dəfə yemək daxildir. Yaradıcılıq - Düşərgəçilərimiz Pikasso və ya Dali kimi ispan rəssamlarına yönəlmiş sənət və sənətkarlıq fəaliyyətləri, sehrli seminarlar, musiqi terapiyası, ispan mətbəxi dərsləri, flamenko rəqsi, teatr seminarları və s. kimi fəaliyyətlərdən ilhamlanacaqlar. Tam günlük ekskursiyalar: Toledo, Avila, Seqoviya, Salamanka yarım günlük ekskursiyalar: Madrid Şəhər Turu, Prado və Reina Sofiya Muzeyləri, Alcala de Henares, Aranguez, Toledo, El Escorial Monastırı, Aquopolis Su Parkı, Əyləncə Parkı, Amazoniya Macəra Parkı.
Basketbol | Aerobika | Boulinq |
Voleybol | Turnirlər | Hədəfə vur |
Futbol | Kapoeyra | Xokkey |
Həndbol | Üzgüçülük | Frizbi |
Beysbol | Oxçuluq | İndiaka |
Su polo | Badminton | Qayaya dırmanma |
· Qolf· At sürmə
· Tennis
· Avar Tennisi
· Yelkən
· Külək sörfü
· Standup Paddleboarding
·Kano sürmə