SERVİSDƏN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI BARƏDƏ MÜQAVİLƏ

  

Bu Razılaşma (bundan sonra “Müqavilə”) Servisin istifadəçisinin (bundan sonra Sifarişçi) “International Child Development Center” (bundan sonra İcraçı) adlı brend altında fəaliyyət göstərən mobil tətbiq və ya bu vebsaytdan (bundan sonra "Servis") istifadə etməsi ilə bağlı meydana gələn münasibətləri tənzimləyir.

İcraçının göstərdiyi Xidmətlərdən istifadə etmək üçün Servisdə qeydiyyatdan keçmiş və onunla müqavilə bağlamış şəxsSifarişçi” hesab edilir. Servis vasitəsilə İcraçı, İstifadəçinin könüllü olaraq Servisə daxil etdiyi şəxsi məlumatlarını Servis vasitəsilə Sifarişçiyə aşağıda nəzərdə tutulan Xidmətləri təmin etmək və Servisin fəaliyyətini daha da yaxşılaşdırmaq üçün istifadə edir. Eyni zamanda, Servisdə qeydiyyatdan keçməklə Sifarişçi, ora daxil etdiyi Sifarişçiyə və İştirakçıya aid şəxsi məlumatların İcraçı tərəfindən Xidmətlərin göstərilməsi və yaxşılaşdırılması üçün Servisdə toplanmasına və istifadə edilməsinə könüllü surətdə razılıq vermiş hesab edilir.

Sifarişçi, mobil tətbiq və ya bu vebsaytda qeydiyyatdan keçməklə və mobil tətbiq və ya bu vebsaytda tələb olunan zəruri xanaları doldurmaqla, İştirakçının İcraçının təmin etdiyi Xidmətlərdən istifadə etməsini arzulayır və buna könüllü surətdə və müstəqil olaraq təşəbbüs göstərmiş hesab edilir.

Sifarişçi zəmanət verir ki, İştirakçının İcraçının təmin etdiyi Xidmətlərdən istifadə etməsi üçün göstərdiyi bu təşəbbüs (Servisdə qeydiyyatdan keçmək, Servisdə doldurulması zəruri olan xanaları doldurmaq, İcraçı ilə müqavilə bağlamaq və sair) Sifarişçinin və onun həyat yoldaşının İştirakçı barəsində müstəqil olaraq və birlikdə verdikləri ortaq qərardır.

Sifarişçi əvvəlcədən bilir və qəbul edir ki, mobil tətbiq və ya bu vebsaytda qeydiyyatdan keçmək üçün istifadə etdiyi məlumatları (şifrə, parol, ad, soyad, ünvan, imeyl, telefon nömrəsi və sair) müstəqil olaraq şəxsən və yalnız özü təyin etmiş və daxil etmişdir. Sifarişçi zəmanət verir ki, özünün qeydiyyatdan keçdiyi hesaba daxil olmaq üçün tələb edilən məlumatları (şifrə, parol, ad, soyad və sair) başqaları ilə paylaşmayacaq. Əks təqdirdə, Sifarişçi başa düşür və qəbul edir ki, Sifarişçinin hesabına daxil olmaqla edilən hər hansı seçimlər və verilmiş qərarlar Sifarişçi üçün öhdəliklər meydana gətirə bilər;

Sifarişçi mobil tətbiq və ya bu vebsaytda qeydiyyatdan keçdiyi hesab vasitəsilə Servisə daxil olmaqla, doldurulması tələb olunan xanalara daxil edilmiş məlumatların şəxsən özü tərəfindən doldurulduğunu təsdiq edir. Sifarişçi həmin məlumatların doğruluğuna və etibarlılığına görə şəxsən, birbaşa və tam həcmdə məsuliyyət daşıyır.

Burada istifadə olunan anlayışlar, sonradan başqa bir qayda müəyyən edilənədək burada qeyd edilən mənanı daşıyır.

İcraçı Sifarişçi bu Razılaşmada ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırıla bilər.

 

1.  ANLAYIŞLAR

 

Servis İcraçı tərəfindən Xidmətlərin onun vasitəsi ilə göstərildiyi İcraçıya məxsus mobil tətbiq və ya bu vebsaytdır;

Düşərgə – Sifarişçi ilə İcraçı arasında razılaşdırılan ölkədə və həmin ölkənin qanunvericiliyinə əsasən təşkil edilən, Sifarişçinin seçdiyi dili öyrədən əyləncəli istirahət mərkəzi və öyrədici dil kursu xüsusiyyətlərini və fəaliyyətlərini özündə cəmləşdirən məkandır. Düşərgədə Sifarişçinin seçdiyi dil üzrə dərslər keçirilməklə yanaşı, həm müxtəlif əyləncəli fəaliyyətlər və yarışmalar, həm də Düşərgənin yerləşdiyi ölkənin müxtəlif gəzməli-görməli məkanlarına ekskursiyalar təşkil edilir;

Sifarişçinin seçdiyi dil – Sifarişçi ilə İcraçı arasında razılaşdırılan və Düşərgədə danışılan və dərslərin keçildiyi dildir. Bura ingilis, alman, fransız, ispan və ya çin dillərindən birini seçmək imkanı daxildir.

Xidmətlər – İcraçı tərəfindən Sifarişçinin övladına və ya övladlarına (İştirakçı) təmin edilən və həmin İştirakçının düşərgəyə qəbul edilməsi üçün tələb edilən zəruri sənədlərin siyahısının verilməsi, onların yığılması və düşərgəyə müraciət etməsi ilə bağlı məsləhətlərin verilməsi və köməkliyin göstərilməsini, Düşərgəyə razılaşdırılmış Qrup daxilində və Düşərgədə (və ya Düşərgənin yaxınlığında) Qrup rəhbərinin müşayiəti ilə iştirak etmək üçün imkan yaratmağı ehtiva edir;

Xidmət haqqı – Xidmətlərin göstərilməsi və Düşərgədə yer rezervasiya edilməsi üçün ödənilən pul məbləğidir;

Sifariş – İştirakçının Düşərgədə iştirak etməsi üçün Sifarişçi tərəfindən edilən rəsmi müraciətdir. Sifarişçinin Servisdə qeydiyyatdan keçməsi və İcraçı ilə müqavilə bağlaması Sifariş hesab edilir;

İştirakçı – İcraçı ilə razılaşdırılan və Düşərgəyə getməsi planlaşdırılan Sifarişçinin 12-17 (on iki – on yedi) yaşları da daxil olmaqla, həmin yaş aralığında olan bir və ya bir neçə övladıdır;

Razılaşdırılmış ölkə – İcraçı ilə razılaşdırılan Düşərgənin yerləşdiyi ölkədir;

Dil kursu – Düşərgənin yerləşdiyi ölkədə təşkil edilən və Sifarişçinin seçdiyi dilin effektiv və əyləncəli metodlarla tədris edildiyi dil kursudur;

Orta səviyyə – İştirakçının Sifarişçinin seçdiyi dildə məişət işlərinin və fəaliyyətlərinin göstərilməsi üçün tələb edilən səviyyədə danışa və danışılanı anlaya bilmə qabiliyyətidir;

Düşərgə rəhbərliyi – Düşərgəni təşkil edən təşkilatın rəhbərliyidir;

Razılaşdırılmış qrup – Düşərgədə iştirak etmək məsqədilə toplanmış bir neçə (minimum 5) İştirakçıdan ibarət qrup və bir Qrup rəhbəri nəzərdə tutulur;

Qrup rəhbəri – Düşərgədə iştirak edəcək Razılaşdırlmış qrupa rəhbərlik və nəzarət edən İcraçının səlahiyyətli nümayəndəsidir;

Səyahət zamanı – İştirakçının Azərbaycan Respublikasından Razılaşdırılmış ölkəyə uçmaq üçün hava limanına gəldiyi andan etibarən Azərbaycan Respublikasındakı hava limanına qayıdana qədər keçən müddət;

Kampaniyalar – Bir neçə həftəlik Düşərgənin ilk həftəsinin həmin Düşərgədə, digər həftələrinin isə eyni ölkə daxilindəki fərqli şəhərlərdə yerləşən fərqli Düşərgələrdə keçirilməsi, bir neçə həftəlik Düşərgənin ilk həftəsinin həmin Düşərgədə, digər həftələrinin isə fərqli ölkələrdə yerləşən Düşərgələrdə keçirilməsi, fərqli ölkələrdə yerləşən Düşərgələrə getmək (uçmaq) üçün təyyarə biletlərində endirim edilməsi və s kimi bir və ya bir neçə imkanlar nəzərdə tutulur.

Düşərgə tipləri – Hər Düşərgə müəyyən sahə üzrə ixtisaslaşmışdır. Bu, ona imkan yaradır ki, Sifarişçi İştirakçının maraq sahəsinə uyğun olan Düşərgə tipini əvvəlcədən müəyyənləşdirsin. Bir neçə Düşərgənin yerləşdiyi ölkələrdə fərqli tiplərə aid Düşərgələr də mövcuddur. Düşərgələrin 3 (üç) tipi var:

1) Dil və ekskursiya tipli Düşərgələr. Bu tip Düşərgələrdə dil kursu ilə yanaşı, daha çox əyləncə və ekskursiya xarakterli əyləncəli fəaliyyətlərə üstünlük verilir.

2) Dil və idman tipli Düşərgələr. Bu tip Düşərgələrdə dil kursu ilə yanaşı, daha çox idman oyunları və ekskursiya xarakterli əyləncəli fəaliyyətlərə üstünlük verilir.

3) Dil və yaradıcılıq tipli düşərgələr. Bu tip Düşərgələrdə dil kursu ilə yanaşı, daha çox əyləncə və yaradıcılıqla bağlı əyləncəli fəaliyyətlərə üstünlük verilir.

 

 NƏZƏRƏ ALARAQ  VƏ ÖZ MƏSULİYYƏTİNİ BAŞA DÜŞƏRƏK:

1) Sifarişçi zəmanət verir ki, İştirakçı əqli, ruhi və psixoloji cəhətdən tam sağlamdır;

2) Sifarişçi zəmanət verir ki, İştirakçı öz hərəkətlərinə tam nəzarət edə və onların nəticələri ilə bağlı məsuliyyətini tam başa düşə bilir;

3) Sifarişçi zəmanət verir ki, İştirakçı Sifarişçinin nəzarətindən kənarda Razılaşdırılmış ölkədə özünü tam sərbəst hiss edə və apara bilər;

4) Sifarişçi zəmanət verir ki, İştirakçı Sifarişçinin seçdiyi dildə orta səviyyədə anlaya və danışa bilir;

5) Sifarişçi başa düşür ki, İcraçı Sifarişçiyə Razılaşdırılmış ölkəyə getmək üçün vizanın alınması ilə əlaqədar heç bir xidmət göstərmir. Lakin, tələb edilərsə, uyğun partnyor şirkətə müraciət edilməsi ilə bağlı məsləhət verilə bilər. Hər bir halda, partnyor şirkətin xidmətlərinə görə İcraçı heç bir məsuliyyət daşımır;

6) Sifarişçi zəmanət düşür ki, Sifarişçi tərəfindən İcraçıya verilən məlumatlarda və ya sənədlərdə hər hansı dəyişiklik baş verərsə, Sifarişçi bu barədə dərhal İcraçıya məlumat verməli və yeni məlumaları və ya sənədləri dərhal İcraçıya təqdim etməlidir;

7) Sifarişçi zəmanət verir ki, İştirakçı Düşərgəyə yalnız Sifarişçi ilə İcraçı arasında razılaşdırılmış qrup daxilində və razılaşdırılmış vaxtda gedəcək, həmçinin razılaşdırılmış qrup daxilində və razılaşdırılmış vaxtda Azərbaycan Respublikasına qayıdacaq;

8) Sifarişçi zəmanət verir ki, İştirakçı Səyahət zamanı İcraçının təyin etdiyi Qrup rəhbərinin bütün təlimatlarına və göstərişlərinə şərtsiz və dərhal əməl edəcək;

9) Sifarişçi başa düşür ki, Düşərgədə davranış qaydaları, etik normalar, Sifarişçinin və İştirakçının hüquq və öhdəlikləri Razılaşdırılmış ölkənin qanunvericiliyi ilə təsbit edilir və onun əsasında həyata keçirilir;

10) Sifarişçi başa düşür ki, İştirakçı, İcraçının təmin etdiyi “Peşəkar İcbari Psixoloji Sınaq”dan keçməlidir. Sınağın nəticəsi qənaətbəxş olarsa, İştirakçı Düşərgəyə getmək üçün psixoloji sınaqdan keçmiş hesab olunacaq. Əks təqdirdə, İştirakçı Düşərgəyə getmək üçün buraxılmayacaq;

11) Sifarişçi başa düşür ki, Düşərgədə həftəlik minimum 20 dərs olmaqla, cəmisi 15 saat dərs keçiriləcək. Sifarişçi, əlavə ödəniş etməklə dərs sayını və saatlarını artıra bilər.

12) Sifarişçi başa düşür ki, Budapeşt və Çexiya istisna olmaqla (bunlarda sonda sertifikat almaq üçün ingilis dilindən sınaqdan uğurla keçmək tələb olunur) digər Avropa ölkələrində, Amerika, Kanada, Cənubi Afrika Respublikası və Birləşmiş Ərəb Əmirliyində (Dubai) İştirakçılara Feltom (by Kembridge) tərəfindən akreditasiya olunmuş sertifikat veriləcək;

13) Düşərgədə qızlar və oğlanlar bir-birindən ayrı qalacaqlar;

14) Dostlar, qohumlar və ya bacı-qardaşların Düşərgədə eyni otağı paylaşması üçün İcraçı köməklik göstərəcək;

15) Halal qidaların təqdim edilməsi üçün İştirakçı həftəlik 100 (bir yüz) Avro əlavə ödəniş etməlidir;

16) İştirakçılar üçün Düşərgədə pulsuz paltar yuma xidməti mövcuddur;

17) Wi-fi xidməti üçün İştirakçıdan əlavə ödəniş tələb edilə bilər;

18) İştirakçı üçün Düşərgədə təklif edilən dərslər və fəaliyyətlər (təbiət gəzintiləri, muzeylər və sair gəzintiləri, əyləncəli fəaliyyətlər) pulsuzdur;

19) Xidmət haqqına daxil olmayan və Düşərgədə əlavə olaraq İştirakçının öz seçimi ilə edilən ödənişlər müstəqil olaraq İştirakçı tərəfindən və həmin ölkənin mili valyutası ilə həyata keçirilməlidir;

20) İcraçı, İştirakçının əşyalarının və ya pullarının itməsinə və ya oğurlanmasına görə heç bir məsuliyyət daşımır;

21) Sifarişçi başa düşür ki, Kampaniyalardan yalnız İcraçının rəsmi internet saytında göstərilən şərtləri ödəyən və həmin saytda və ya mobil tətbiqdə göstərilən tarixlər aralığında həmin internet saytında və ya mobil tətbiqdə qeydiyyatdan keçmiş Sifarişçilər istifadə edə bilər;

22) Sifarişçi başa düşür ki, İştirakçı yalnız Sifarişçinin əvvəlcədən seçdiyi tipə uyğun fəaliyyət növlərini ehtiva edən Düşərgədə və ya Düşərgələrdə iştirak edəcək;

 

     TƏRƏFLƏR AŞAĞIDAKILAR BARƏDƏ RAZILIĞA GƏLDİLƏR:

2.  MÜQAVİLƏNİN PREDMETİ


İçraçı, Sifarişçinin sifarişi əsasında Sifarişçinin övladı və ya övladlarının (bundan sonra “İştirakçı”) Razılaşdırılmış ölkədə yerləşən Düşərgədə və həmin Düşərgədə təşkil edilən və Sifarişçinin seçdiyi dildə təşkil edilən dil kursunda iştirak etməsi məqsədilə onların həmin Düşərgəyə müraciət etməsi və qəbul edilməsi üçün tələb olunan zəruri sənədlərin siyahısının Sifarişçiyə təqdim edilməsi və Düşərgəyə müraciətlə bağlı sənədləşmə işlərində Sifarişçiyə yardım edilməsi üzrə Xidmətlər (bundan sonra “Xidmət” və ya “Xidmətlər”)  göstərməyi, Sifarişçi isə bunun müqabilində İçraçıya razılaşdırılmış xidmət haqqını (bundan sonra “Xidmət haqqı”) ödəməyi öhdəsinə götürür.           

                                                      

3.    TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

 

3.1.Sifarişçinin hüquq və öhdəlikləri:

3.1.1. Əvvəlcədən seçdiyi Kampaniyalara daxil olan imkanlardan istifadə edə bilər;

3.1.2. Düşərgədə, seçdiyi tipə uyğun olan fəaliyyətlərdən istifadə edə bilər;

3.1.3. Xidmətlərin icra olunması üçün tələb olunan zəruri məlumat və sənədləri vaxtında İcraçıya təhvil vermək;

3.1.4. Göstərilmiş Xidmətlərin dəyərini razılaşdırılmış vaxtda İcraçıya ödəmək;

3.1.5. Xidmətlərdən istifadə edə bilmək üçün Sifarişçi əvvəlcədən İcraçının vebsaytında qeydiyyatdan keçməlidir;

3.1.6. İcraçının vebsaytında qeydiyyat pulsuzdur;

3.1.7.  Burada nəzərdə tutulan Xidmətlərə daxil olmayan istək və tələblər üzrə xərclər “Sifarişçi” tərəfindən müstəqil olaraq ödənilməlidir;

3.1.8. Sifarişçinin Düşərgədə iştirak edəcək İştirakçı ilə davamlı əlaqə saxlaya bilməsi üçün İştirakçını aktiv bir mobil telefon, aktiv vir mobil nömrə və davamlı olaraq kontrla təmin etmək;

3.1.9. Sifarişçi İştirakçının iştirak edəcəyi Razılaşdırılmış qrupu İcarçı ilə məsləhətləş-məklə seçə bilər. İştirakçı Razılaşdırılmış qrupa yazıldıqdan sonra həmin qrupdan çıxarıla və ya başqa qrupa dəyişdirilə bilməz;

3.1.10. İştirakçı ilə Düşərgədə müəyyən edilmiş vaxtlarda və müddətdə İştirakçı ilə əlaqə saxlaya bilər;

3.1.11. Sifarişçi seçdiyi Düşərgə barəsində (yay düşərdəsi və ya qış düşərgəsi) 5 ay əvvəlcədən İcraçıya imeyl vasitəsi ilə dəqiq məlumat verməlidir;

3.1.12. Sifarişçi bu Müqavilə bağlandıqdan sonra İcraçının, İştirakçının, Qrup rəhbərinin və düşərgənin fəaliyyətinə müdaxilə etməməlidir;

3.1.13. Sifarişçi, İştirakçıya Səyahət zamanı öz əşyalarını və pullarını mühafizə etməyi və qorumağı, həmçinin İcraçının İştirakçıya aid əşyaların və pulların itməsinə və ya oğurlanmasına görə heç bir məsuliyyət daşımadığını əvvəlcədən öyrətmiş və bu barədə İştirakçını təlimatlandırmış olmalıdır;

 

3.2. İcraçının hüquq və öhdəlikləri:

3.2.1. Müqavilədə nəzərdə tutulan qaydada “Sifarişçi”nin sifariş etdiyi Razılaşdırılmış ölkədə yerləşən Düşərgəyə müraciət etməsi və qəbul olunması üçün zəruri sənədlərin siyasını təqdim etməlidir;

3.2.2. İcraçı, Sifarişin yerinə yetirilməsi üçün öz imkanları daxilində həyata keçirdiyi prosesin gedişatı üzrə Düşərgə ilə danışıqların aparılması, portal və saytlar, yazışmalar və danışıqlar üzrə məlumatları gizli saxlamaq və onları Sifarişçi ilə paylaşmamaq hüququna malikdir;

3.2.3.   Xidmətlərin göstərilməsi ilə bağlı, Səfər zamanı, habelə İştirakçıları Azərbaycan-dan düşərgəyə yola salarkən, Düşərgədə və Düşərgədən qayıdarkən Azərbaycanda Sifarişçidən və İştirakçıdan düşərgə ilə bağlı təəssüratlarını müəyyən etmək üçün Sifarişçinin və İştirakçının şəkillərini çəkə və onları videolentə ala bilər. Eyni zamanda, həmin materialları xatirə olaraq saxlanmaq və onlardan növbəti Xidmətlərin göstərilməsinin təşviq edilməsi üçün reklam xarakterli olaraq öz Xidmətləri üçün istifadə edə bilər;

3.2.4. İcraçı, İştirakçının Düşərgəyə qəbul olunması ilə bağlı sənədləşmə prosesinin tam peşəkar şəkildə aparılmasına nəzarət edir;

 

4.  TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

 

4.1. Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.

4.2. İcraçı müqavilədə nəzərdə tutulan Xidmətlərin vaxtında və peşəkarca  icra edilməsi üçün məsuliyyət daşıyır;

4.3. Sifarişçi tərəfindən İcraçıya verilən məlumatlarda və ya sənədlərdə hər hansı dəyişiklik baş verdiyinə görə sifariş Düşərgə rəhbərliyi tərəfindən ləğv edilərsə, İcraçı bunun üçün heç bir məsuliyyət daşımır;

4.4. İştirakçı, İcraçının təyin etdiyi Qrup rəhbərinin təlimatlarını vaxtında və ya tam icra etmədiyinə görə özünə və ya başqalarına vurduğu bütün zərərlərə görə Sifarişçi birbaşa və tam həcmdə məsuliyyət daşıyır. İcraçı isə bununla bağlı heç bir məsuliyyət daşımır;

4.5. Düşərgədə və Düşərgənin yerləşdiyi ərazidə İştirakçının sağlamlığı ilə bağlı baş verən problemlərə görə Düşərgə rəhbərliyi ilkin zəruri tibbi yardımı təmin edəcək;

4.6. Azərbaycan Respublikasından ayrıldıqdan etibarən İştirakçılar səyahət sığortası ilə təmin edilir. Odur ki, Səfər zamanı İştirakçının sağlamlığı ilə bağlı baş verən problemlərə görə səyahət sığortası birbaşa və sığorta məbləği həcmində məsuliyyət daşıyır;

 

5.  HESABLAŞMA QAYDASI

 

5.1. Xidmətlərin həcmi müqavilənin müvafiq əlavələrində Tərəflərin razılaşması ilə müəyyən edilir;

5.2. Xidmətlərin göstərilməsi ilə bağlı Xidmət haqqı müqavilənin müvafiq əlavələrində qeyd edilir;

5.3. İştirakçının hansı tarixdə qeydiyyatdan keçməsindən və düşərgənin başlama tarixindən asılı olaraq, İcraçı Sifarişçidən Xidmət haqqının 50%-ni (əlli faizini) və ya 100%-ni (bir yüz faizini) əvvəlcədən tələb edilə bilər;

5.4. Hazırki Müqavilə üzrə hesablaşmalar nəğd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir;

5.5. Hesablaşma bu Müqavilənin bağlandığı günün məzənnəsinə uyğun olaraq EUR və USD-nin qarşılığı olaraq hesablanmaqla Azərbaycan manatı (AZN) ilə aparılır.

5.6. İcraçı, İştirakçının Düşərgəyə qəbul edilməsi barədə məlumatı imeyl vasiləsilə Sifarişçiyə bildirdiyi tarixdən sonra 7 (yeddi) təqvim günü ərzində Sifarişçi Xidmət haqqının minimum 50%-ni (əlli faizini) İcraçıya ödəməlidir. Əks təqdirdə, Sifarişçinin sifarişi nəzərə alınmaya bilər. Eyni zamanda, Sifarişçi həmin ödənişi etdikdən sonra İştirakçıya vizanın verilməsindən imtina edilərsə və ya Sifarişçinin və ya İştirakçının sənədlərində saxtakarlıq əlamətləri ortaya çıxarsa və bunun ucbatından Xidmətlərin göstərilməsi baş tutmazsa, İcraçı sifarişin yerinə yetirilməsi üçün ödənilmiş Xidmət haqqının 25%-ni (iyirmi beş faizini) tutmaq hüququnu özündə saxlayır;

5.7. Düşərgənin başlamasına minimum 2 (iki) ay vaxt qalanadək, Sifaişçi Xidmət haqqının 100%-ni (bir yüz faizini) İcraçıya ödəmiş olmalıdır;

5.8. Düşərgənin başlamasına 2 (iki) ay vaxt qalanadək Xidmət haqqının hamısı ödənilmədikdə və ya Sifarişçi Xidmətlərin göstərilməsindən imtina edərsə, Xidmətlərin göstərilməsini ertələmək istəyərsə və ya İştirakçı gəlməzsə və ya İştirakçıya viza verilməzsə və ya Sifarişçinin və ya İştirakçının sənədlərində saxtakarlıq əlamətləri ortaya çıxması ucbatından Xidmətlərin göstərilməsi baş tutmazsa, İcraçı sifarişin yerinə yetirilməsi üçün ödənilmiş Xidmət haqqının 50%-ni (əlli faizini) tutmaq hüququnu özündə saxlayır;

5.9. Sifarişçi Düşərgənin başlamasından etibarən 2 (iki) ay ərzində Xidmətlərin göstərilməsindən imtina edərsə və ya və ya Xidmətlərin göstərilməsini ertələmək istəyərsə, ödənilmiş Xidmət haqqının 50%-ni (əlli faizini) tutmaq hüququnu özündə saxlayır;

 

6.     MÜQAVİLƏNİN MÜDDƏTİ

 

6.1. Bu müqavilə Sifarişçi mobil tətbiqdə və ya bu vebsaytda qeydiyyatdan keçdiyi andan qüvvəyə minir;

6.2. Bu Müqavilə İştirakçı düşərgədən Azərbaycan Respublikasına qayıtdığı müddətə qədər qüvvədə qalacaq;

6.3. Tərəflərin yazılı razılıqları əsasında bu Müqavilənin müddəti uzadıla bilər;

 

7.  KONFİDENSİALLIQ


7.1. Sifarişçi hazırkı Müqavilə bağlanarkən və ya bu Müqavilədən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi zamanı onlara məlum olmuş məlumatları hər hansı formada (yazılı, şifahi, texniki vasitələrdən istifadə etməklə və s.) yaymamaq, açıqlamamaq və ya qarşılıqlı razılıq olmadan digər üçüncü şəxsə/şəxslərə verməmək və ya digər məqsədlərlə istifadə etməmək öhdəliyini daşıyır.

7.2. Sifarişçi burada müəyyən edilmiş konfidensiallıq rejiminə riayət etməməyə, müvafiq məlumatların qeyri-qanuni yolla əldə edilməsinə və ya yayılmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

 

8.     MÜBAHİSƏLƏRİN HƏLLİ


8.1. Bu Müqavilənin icrası ilə əlaqədar yaranmış mübahisələr və ya hər hansı fikir ayrılıqları Tərəflərin razılığı ilə danışıqlar yolu ilə həll edilir. Qarşılıqlı razılığın əldə olunması Tərəflər arasında imzalanmış və imzalandığı andan hazırkı Müqavilənin ayrılmaz hissəsi hesab ediləcək əlavə razılaşma və ya protokolla rəsmiləşdiriləcək.

8.2. Tərəflər arasında yaranmış mübahisəli məsələlərin və ya hər hansı fikir ayrılıqlarının həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasınnın aidiyyəti məhkəmələri tərəfindən həll ediləcək.

8.3. İştirakçıya düşərgənin yerləşdiyi ölkədə vurulmuş və ya onun tərəfindən həmin ölkədə vurulmuş zərərlərlə bağlı düşərgənin yerləşdiyi ölkənin qanunvericiliyi tətbiq ediləcək;

 

9.    FORS-MAJOR HALLAR


9.1. Fors-major halları dedikdə, Tərəflərin nəzarət altına ala bilmədiyi və əvvəlcədən proqnozlaşdırmadığı hərbi əməliyyatlar, bu Müqavilə üzrə birgə fəaliyyətin davam etdirilməsinə mane olan, baş verməsi, müddətinin qısaldılması belə halla üzləşən Tərəfin nəzarətində olmayan və aradan qaldırılması, qarşısının alınması həmin Tərəfin imkanları daxilində olmayan hakimiyyət tədbirləri, yanğın, su basması, zəlzələ, torpaq sürüşməsi, yoluxucu və ya geniş yayılmış xəstəliklərin mövcud olması və digər təbii və texnogen fəlakətlər, qəzalar və s. başa düşülür.

9.2. Tərəflərdən heç biri hazırkı Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri onların iradəsindən asılı olmayan, hazırkı Müqavilə imzalandıqdan sonra baş verən və Tərəflərin Müqavilə üzrə hüquq və vəzifələrinin yerinə yetirilməsinə bilavasitə təsir göstərən qarşısıalınmaz hallara (Fors-Major) görə məsuliyyət daşımır.

9.3. Düşərgənin yerləşdiyi ölkədə baş verən Fors-major hallara görə İcraçı heç bir məsuliyyət daşımır.

9.4. Qarşısı alınmaz hal nəticəsində öz öhdəliklərini icra etmək iqtidarında olmayan Tərəf digər Tərəfi 10 (on) iş günü ərzində bu barədə yazılı formada (telefon zəngi ilə, whatsapp mesajı ilə, elektron poçt və ya rəsmi sifarişli məktubla) məlumatlandırmalıdır. Fors-major halları barədə vaxtında məlumat verilməməsi müvafiq Tərəfi bu cür hallara istinad etmək hüququndan məhrum edir.

9.5. Fors-major hallarının mövcud olması faktı və onların davam etməsi müddətləri Azərbaycan Respublikasının mülkü müdafiə, fövqəladə hallar və onların nəticələrinin ardan qaldırılması üzrə müvafiq səlahiyyətli dövlət orqanlarından birinin verdiyi arayış, sertifikat, rəy və ya şəhadətnamə ilə təsdiq olunmalıdır.

 

10.     SƏNƏDLƏŞMƏNİN APARILMASI

 

10.1. Müqavilə üzrə Tərəflər arasındakı sənədləşmə (o cümlədən xəbərdarlıq, bildiriş və s.) dövriyyəsi, əksi razılaşdırılmadıqca yazılı formada aparılır;

10.2. Sifarişli poçt və ya elektron poçt vasitəsi ilə göndərildiyi təqdirdə sənədləşmə hüquqi qüvvəyə malik olacaq;

10.3. Elektron poçt (e-mail) və whatsapp ilə aparılan yazışmalar və göndərilən sənədlər, skan edilmiş sənədlər, şəkillər və video qeydlər tam hüquqi qüvvəyə malik hesab edilir;

10.4. Göndərilən sənədlər (məlumatlar) digər tərəfə çatdığı andan (imeyl isə göndərilənlər qutusuna düşdüyü andan) qüvvəyə minir;

 

11.    YEKUN MÜDDƏALAR

 

11.1. Bu Müqavilədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir;

11.2. Bu Müqavilənin hər hansı hissəsinin etibarsız hesab edilməsi Müqavilənin bütövlükdə etibarsız hesab edilməsinə səbəb olmur;

11.3. Sifarişin qiyməti, İştirakçının gedəcəyi düşərgənin yerləşdiyi ölkə, Xidmətlərin əhatə dairəsi və sair kimi nüanslar Tərəflərin razılaşması əsasında müvafiq Əlavələrdə müəyyən ediləcəkdir. Bu Müqavilənin Əlavələri onun ayrılmaz tərkib hissəsi hesab edilir;